Düşüncə və mətbuat azadlığı pərdəsi altında müqəddəs dəyərlərimizə toxunaraq Peyğəmbərə qarşı çirkin hücumlar həyata keçirilir. Bir çox qərb dövlətlərində müsəlmanlara qarşı qanunsuzluq adi hala çevrilib.
Bizimyol.innfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, 1940-cı illərin yəhudiləri kimi, bu gün də müsəlmanlar media tərəfindən günah keçisinə çevrilir: “İkinci Dünya müharibəsi ərəfəsində Avropada yəhudilərə qarşı aparılan linç və nifrət kampaniyasının eynisinə bu gün müsəlmanlar məruz qalır”.
"Bslam və müsəlman düşmənçiliyi Avropa ölkələrində şəxsən dövlət başçıları səviyyəsində himayə edilən bir siyasətə çevrilib", -deyə Türkiyə Prezidenti bildirib.