Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elçin Axundzadə: Veteranlar Təşkilatına niyə 98 yaşlı kişi rəhbərlik edir?
Elçin Axundzadə: Veteranlar Təşkilatına niyə 98 yaşlı kişi rəhbərlik edir?

Respublika, Müharibə Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatının (RVT) Təşkilat Şöbəsinin rəhbəri, polkovnik Nadir İsmayılovun verdiyi məlumata görə, RVT- nin sədri, 98 yaşlı general Tofik Ağahüseynov qanunsuz əməllərini gizlətmək üçün, cəsarətli kadrları təşkilatdan uzaqlaşdırmaqdadır, qurbanlardan biri də o özüdür.

Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini, ehtiyatda olan zabit, politoloq Elçin Axundzadə Bizimyol.info-ya erdiyi açıqlamda iddia edib ki, 98 yaşlı Tofiq Ağahüseynovun həyat yoldaşı da ermənidir.

“98 yaşlı kişi nə işləyə bilər, hansı operativlikdən söhbət gedə bilər? II Qarabağ savaşı qələbə ilə başa çatıb. İndi təxminən 50 minədək veteranımız, çoxlu sayda qazimiz, şəhidimiz olacaq. Demək ki, Veteranlar təşkilatının da üzərinə götürdüyü məsuliyyət, iş artacaq. 98 yaşlı qoca bu işlərin öhdəsindən gələ biləcəkmi?. Niyə təhvil vermir yerini, onun yerini tuta biləcək yüzlərlə layiqli hərbiçimiz var.

Yaddan çıxıb qalıb o vəzifədə?Hər yerdə islahatlar gedir, yeni , gənc kadrlar gətirlir. Məndə olan məlumata görə keçmiş müdafiə naziri Səfər Əbiyev tez tez o təşkilata qonaq gedir. Deyilənə görə, Səfər Əbiyev orda sədr vəzifəsinə gəlmək istəyir, müavin olaraq da Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının keçmiş rəisi, general-mayor Məmməd Beydullayev nəzərdə tutulub.

Bir müddət öncə, Məmməd Beydullayev seçilib eləmədən gəlib oturub orda kabinetdə, bir neçə gün, qalmaqal çıxıb. Sonra biabırçı vəziyyətdə qovalanıb.İndi Məmməd Beydullayev, Səfər Əbiyev ora niyə getməldir? Onların ordumuzun başına açdığı oyunları hamı bilir. Bəs eləmədimi?Onlar rüşvətə qurşanmadığına görə nə qədər zabitimizin ordudan qovulmasına səbəb oldular. İndi 98 yaşlı qoca yenidən veteranlar şurasında keçmiş döyüşüləri narazı salmaqla nə eləməyə hazırlaşır? Bu dövlət başçısına, onun gördüyü işlərə xəyanət deyilmi?Bu gün ordumuz böyük qələbələrlə dünyaya səs salır, xaricdə və daxildəki düşmənlərimiz yəqin ki, bu qələbəyə, bu zəfərə, Prezident – xalq birliyinə qısqanclıqla yanaşırlar. Dövlət başçısı onsuz da gecə- gündüz çalışır. Bu məmurlar niyə ondan nümunə götürmürlər?Belə bir dövrdə aktuallığını yendən qazanmış bir təşkilatın başında 98 yaşlı qocanın oturması və onun təşkilatın əməkdaşlarını narazı salması nəyə xidmət edir. Siz düşünün”,- deyə Elçin Axundzadə bildirib.

Bizimyol.info olaraq qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »