Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis "COVİD-19" xəstələrinin yaşayış yerini tərk etdiyini müəyyən edib
Polis - Cərimə

Masallı və Biləsuvarda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Masallı şəhər sakini Nizami Allahverdiyev və onun həyat yoldaşı Mənzər Allahverdiyevaya COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb

Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gündə keçirdiyi müvafiq tədbirlərlə 7 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə, Səyyarə Əzizova və Aygün Qasımova isə Biləsuvar rayonunu tərk etmək istəyərkən stasionar postda saxlanılıblar.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq ediliblər.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.

Paylaş »
››› "İndi biz dinazovrın can verməsini müşahidə edirik"
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› Ermənistandan Azərbaycana müharibə xəbərdarlığı: Yaxın zamanlarda...
››› Bill Qeyts: “Dünya növbəti pandemiyaya hazır deyil”
››› “Bunu harada demişəm, sübut edin” – Şuşayla bağlı sual Paşinyanı özündən çıxardı
››› Aşurbəyli yeni yaratdığı dövlətdən danışdı: BMT-yə müraciət edəcəyik
Son xəbərlər
Bütün xəbərlər »