Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalatasaraydan şəhidimizə jest – Formalara Fərid adı yazılacaq
Qalatasaraydan şəhidimizə jest – Formalara Fərid adı yazılacaq

Şəhid Fərid Dursunovun xatirəsinə ehtiram olaraq “Galatasaray” futbol komandasının oyunçuları Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

Deputat Qənirə Paşazadə şəhidin “Galatasaray” sevgisini nəzərə alaraq onun son arzusunu yerinə yetirməyə çalışıb. Futbol komandasının baş məşqçisinə müraciət edərək, bunun yalnız futbol sevdası deyil qardaşlıq, dostluq, Türkiyə sevgisi olduğunu bildirib.

Futbol komandasından müraciətə cavab gecikməyib. Galatasaray prezidentinin köməkçisi Yusuf Günay bildirilib ki, Galatasarayın növbəti oyunlarından birində stadionda şəhidimiz səs yazısı səslənəcək, Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

"Şəhidin ailəsi Galatasarayın oyununa dəvət olunacaq”,- deyə o bildirib. Qeyd edək ki, vətən uğrunda döyüşlərdə şəhid olan Fərid Dursunov məzarında Azərbaycan bayrağı ilə yanaşı azərkeşi olduğu “Galatasaray“ futbol klubununda bayrağının asılmasını vəsiyyət etmişdi.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »