Füzuli rayonu ərazisində yol qəzası baş verib.
Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verlən məlumata görə, noyabrın 24-ü saat 21 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində kənd sakini S.Əsgərovun idarə etdiyi “QAZel” və Horadiz şəhər sakini Elmir Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.