Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ön cəbhəyə yardım aparan könüllülərin ikisi yaralanıb, ikisi itkin düşüb
Qubadlı rayonu Padar kəndi

“Milli Orduya dəstək olmaq məqsədilə ön cəbhəyə yardım aparan komandanın olduğu nəqliyyat vasitəsini Ermənistanla sərhəddə minamiyotla vurublar. Hadisə nəticəsində aşan maşına erməni hərbçisi snayperlə atəş açıb. Sürücü və könüllü bələdçidən isə hələ də xəbər yoxdur”.

Bizimyol.info xəbər verir ki, bu barədə ön cəbhəyə yardım aparan komandanın üzvü Haldun Novruzzadə bildirib.

O, qeyd edib ki, yaralanan şəxslərin adları Ramil Kərəmov və Vusal Suleymanovdur: “İtkin düşən şəxslər isə Fəxrəddin Yaqubov (sürücü) və Üzeyirdir (bələdçi). Onun soyadını bilmirəm”.

H.Novruzzadə bildirib ki, yardım apardığımız nəqliyyat vasitəsinin nəzərdə tutulmayan yolla gedərək minaya düşüblər: “Laçın rayonun Güləbir kəndinə gedən maşında 4 nəfər olub, 2 nəfər bizim dostumuz, 1 nəfər sürücü və 1 nəfər bələdçi. Mina partlayışının təzyiqi bir nəfəri 2 metr tullayıb, yaralanıb, sürünə-sürünə girib kolluqda gizlənib. Bir nəfər də snayper atəşindən sonra havanın qaranlıq olmasını gözləyib. 3 saatdan sonra maşını tərk edib. Onlar bizim hərbçilər olan yerlə gəlib çatıblar. Sürücü və bələdçidən isə xəbər yoxdur”.

H.Novruzzadə deyib ki, yaralılardan birini vəziyyəti normaldır, digərinin isə sifətində yanıq, başında isə yara izləri var: “İtkin düşən şəxslər 48 saatdan çoxdur tapılmır. Mənə deyiblər ki itkin düşən şəxslərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi işə başlayıb”.

Ramid İbrahimov

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »