Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: Fransa senatı bu gün olmayan bir şeyi tanıyacaq?
Fransa

Qondarma respublikanın tanınması ilə bağlı bəyannamə bu gün Bakı vaxtı ilə saat 19.30 da Fransa senatında müzakirəyə çıxarılacaq. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.Lakin Fransa hələ kor tutduğunu buraxmayan kimi öz xətalı mövqeyini davam etdirir, bununla da Ermənistanın təxribatçı, separatçı davranışlarını daha da gücləndirməyə can atır.

Bir çox ekspertlər Fransanın atdığı bu addımın Avropada domino effekti yaratmasından narahatlıqlarını dilə gətirirlər. Politoloq Fikrət Sadıxov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, Fransa senatı Qarabağın müstəqilliyini tanımış olsa belə, bu çox şeyi dəyişməyəcək. Çünki ,ortada Dağqlıq Qarabağ deyə bir qurum yoxdur.

Fikret Sadıxov Fikrət Sadıxov

“Biz ermənipərəst qurum və dövlətlərin düşüncələrinin əksinə olaraq hərbi siyasi və hüquqi yolla öz torpaqlarımızı işğaldan azad etmişik.Biz özümüzə hüququ baza təmin etdik, ordumuzu gücləndirdik, iqtisadiyyatımızı gücləndirdik, sonra torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə başladıq. Ermənilər müharibənin aprel döyüşləri kimi qısa çəkəcəyini düşnürdülər.Dünya ictimaiyyətinə gəlincə. Fransadan başqa demək olar ki, bütün dünya ölkələri bu məsələdə neytral qaldılar. Fransa bütün Avropa və bütün dünya demək deyil. Reallıq bundan ibarətdir. Hansısa deputatlar mövcud olmayan dövlətin müstəqilliyini tanımaqdan danışırlar. Tanısınlar. Amma nəyi? Vaşinqton, London, Berlin bu sərsəmləmələrə baş qoşmur, onlar yeni reallıqları anlayırlar. Müxtəlif ölkələr müxtəlif qətnamələr, şüarlar səsləndirə bilərlər. Bu hələ həqiqəti dəyişmir. Demək olmaz ki, dünya bizim və ermənilərin tərəfini tutanlara bölünüb. İndi bizim həqiqətimizin yanında olanlar hesabımca daha çoxdur və bu onların öz maraqlarına da xidmət edir”,- deyə politoloq bildirib.

Rusiya Dövlət Dumasının deputatı, MDB İşləri Komitəsinin sədr müavini Konstantin Zatulin ermənilərin Fransa senatının açıqlamasıyla bağlı sevincini yarımçıq qoyaraq bildirib ki, Ermənistanın tərəfinin hərbi və diplomatik məğlubiyyətindən sonra Qarabağın statusu bu qədər asanlıqla həll oluna bilməz". O bildirib ki, Qarabağın statusu məsələsi müzakirə edilsə belə, o, Ermənistan üçün müsbət olmayacaq: "İlk növbədə məğlubiyyətdən nəticə çıxarmaq, güc toplamaq, müdafiə qabiliyyətini yeni səviyyəyə çatdırmaq, siyasi və iqtisadi böhranı aradan qaldırmaq lazımdır. Dağlıq Qarabağın istənilən statusuna necə nail olmaq barədə yalnız bundan sonra düşünmək olar. Hər şeyin məhv edildiyi və Ermənistanda baş verənlərlə bağlı heç kimin heç bir şey edə bilmədiyi indiki vaxtda status məsələsini qaldırmaq sadəcə rüsvayçı bir müzakirədir.

Ermənipərəst deputat əslindəbu fikirlərlə Ermənistanın Qarabağa dair gələcək yol xəritəsindən xəbər verir.Odur ki, qazandığımız qələbəyə arxayın olmamalı, güclü düşmən qarşısında cilddən cildə girib yazıq görkəm alan hiyləgər bir düşmənimizin olduğunu unutmamalıyıq. Ermənilərin əsl üzü qoca, kimsəsiz , yazıq maskası altında gizlənmiş Xocalı cəlladlarıdır. Unutmadıq, unutmayaq.Bir daha yaşanmasın deyə.

İlhamə

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› 3 rayonda su kəsiləcək
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »