“Ermənistan bu gün 28 ilə yaxındır işğal etdiyi Kəlbəcərdən Milli Ordumuzun qəhrəmanlığı sayəsində çıxmaq məcburiyyətində qaldı”.
Bizimyol.info xəbər verir ki, bu sözləri media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu bildirib. Onun sözlərinə görə, məğlub olan ermənilər Kəlbəcəri azad edirlərsə, onun həsrəti ilə o torpaqlara gedib, girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi.

“Ermənistan bu gün 28 ilə yaxındır işğal etdiyi Kəlbəcərdən Milli Ordumuzun qəhrəmanlığı sayəsində çıxmaq məcburiyyətində qaldı. Bütün Kəlbəcərliləri və onların timsalında Azərbaycan xalqını təbrik edirəm.
Kəlbəcərdə 147 yaşayış yerində 70 mindən çox insan yurd-tuvasından didərgin düşmüşdü. Artıq Kəlbəcərdən çıxanların 30-40%i həyatda yoxdur, lakin onların varisləri, uşaqları, nəvələri yenə Kəlbəcərlidir və o torpaqlara dönməyin günlərini iplə çəkir”.
Ələsgər Əhmədov Kəlbəcərin digər işğal olunmuş yerlərdən bir fərqinin də, onun həsrəti ilə yanan Diqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun 2014-cü ildə vətən həsrətlərini gedərməsi üçün o torpaqlara getməsi və Həsən Həsənovun öldürülməsi, Dilqəm və Şahbazın isə girov götürülməsi olduğunu bildirib.
“Məğlub olan ermənilər Kəlbəcəri azad edirlərsə, onun həsrəti ilə o torpaqlara gedib, girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi. Ümid edirəm, rəsmilər bu məsələnin uzanmadan həlli üçün çalışır. Azadlıq həm də onların haqqıdır”,- deyə bildirib.
Leyla Mirzə