Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Prezidenti: “Allaha şükürlər olsun ki, Trampın şərindən xilas olduq”
Həsən Ruhani

“Allaha şükürlər olsun ki, Trampın şərindən xilas olduq”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu bu gün İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

O, ABŞ-ın İrana qarşı apardığı iqtisadi müharibəni İran-İraq müharibəsi ilə müqayisə edərək hər iki cəbhədə İran xalqının müqavimətinin qələbə çaldığını bildirib: “İran xalqının qələbəsinin və düşmənin iqtisadi müharibədə məğlub olmasının sübutlarından biri Tramp dövrünün başa çatmasıdır. Beynəlxalq Valyuta Fondu koronavirus pandemiyası yayıldığı zaman İrana 5 milyard dollarlıq tibbi yardım etmək istəyirdi. Ağ Ev isə buna imkan vermədi”.

H. Ruhani ABŞ-ın yeni administrasiyasının hazırkı Prezident Donald Trampın İrana qarşı qəbul etdiyi qərarlarını tez bir zamanda ləğv edəcəyinə ümid etdiklərini qeyd edib: “Belə olarsa, İran və ABŞ 20 yanvar 2017-ci ildəki dövrə qayıda bilər. Bu məsələnin həll yolu ola bilər və şəraiti dəyişə bilər. Bizim proqramlarımız ən ağır şəraitə uyğun tənzimlənib və biz bu proqramları öncədən tədarük görmüşük”.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir...
››› "Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi"
Son xəbərlər
Bütün xəbərlər »