Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra Hakimiyyəti Kəlbəcərdən xəbərsizdir - Foto
İcra Hakimiyyəti Kəlbəcərdən xəbərsizdir - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasiyasının Prezidenti Vıadimir Putinin imzaladığı bəyannaməyə və Ermənistan baş naziri Nikol Paşinyanın qəbul etdiyi kapitulyasiya aktına uyğun olaraq 25 noyabr 2020-ci il tarixdə Müzəffər Ordumuz Kəlbəcərə daxil oldu.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması barədə rəsmi məlumat verilsə də, Kəlbəcər rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində bu barədə məlumat yerləşdirilməyib.

Eləcə də, yerli icra hakimiyyətinin rəsmi saytında ötən 27 ildə Kəlbəcərin iqtisadiyyatı moduluna cəmi 6 ədəd söz yazıblar: “Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf edib”.

Qeyd edək ki, aqrar sektorla yanaşı Kəlbəcər mədən sənayesi, turizm sənayesi üçün əlverişli imkanlar var. Kəlbəcər müalicəvi “İstisuyu”, qızıl yataqları, əsrarəngiz təbiəti, təmiz dağ havası ilə məşhurdur.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »