Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova Azərbaycan xalqını təbrik edib
Sahibə Qafarova Azərbaycan xalqını təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım edib.

Bizimyol.info xəbər verir ki, spiker paylaşımda, "bu gün Şanlı Azərbaycan Ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcər şəhərimizə daxil olub", deyə bildirib.

Milli Məclisin sədri qeyd edib ki, bununla da Azərbaycan Resbublikasının BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş oldu: “Yaşasın Ali Baş Komandan, yaşasın Şanlı Ordumuz, yaşasın Azərbaycan!

Bütün Azərbaycan xalqının gözü aydın olsun, hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!”

Son xəbərlər
Bütün xəbərlər »