Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər kəs bu qaziyə yardım etmək istəyir: El üçün döyüşən Elçin - Video
Hər kəs bu qaziyə yardım etmək istəyir: El üçün döyüşən Elçin - Video

Elçin Şükürov Azərbaycan xalqının ürəyinə öz gözəl, nurlu, məsum simasıyla yol tapdı. Qəbələ rayonunda yaşayır.

Müharibə başlayanda Elçin döyüşlərdə könüllü iştirak edib, qazi olub. Bir gözü görmür, bir qulağı eşitmir, nitqində qüsur yaranıb və ən dəhşətlisi aldığı qəlpə yarası ürəyinə çox yaxın yerdə hələ də bədənində qalmaqdadır.Yaxınlarından əldə etdiyimiz məlumata görə, gələn həftə ürəyindən əməliyyat olunacaq və bütün qazilərimiz kimi o da dövlətin diqqəti altındadır. Sadəcə vətəndaşlar çox kasıb şəraitdə yaşayan qazimizin ailəsinə dəstək olmaq istəyiblər. Elçin isə bu durumdan bir qədər narahatdır, utanır. O heç sinif yoldaşlarının da onun maddi vəziyyətindən xəbərdar olmadıqlarını dilə gətirib.

Elçingil bir otaqlı vaqonda yaşayırlar. Özündən balaca iki qardaşı var.

“Artıq bir qulağı eşitmir, bir gözü görmür. Ürəyində qəlpə var. Əməliyyat olacaq. Həkimlər deyirlər, risklidir.... Əməliyyatdan sağ çıxmaya bilər”_ deyir anası. Elçinin anası Vüsalə xanım bildirir ki, Elçin özü işləyən baladır. Sağalsa durub özü hər işi yoluna qoyacaq. İndi tək narahatlığı oğlunun bu təhlükəli əməliyyatı qəzasız , bəlasız atlatmasıdır. Dualarımız, səninlədir, Elçin. Sən el üçün etdin, indi də el sənin üçün edir.

Anası Vüsalə xanım oğluna dəstək olmaq istəyən hər bir kəsə təşəkkürünü bildirir.Elçin isə danışmağa çətinlik çəksə də, ordumuza, prezidentimizə dua edir, qalib bir ordunun əsgəri olmasıyla fəxr etdiyini söyləyir.

İlhamə

Qazi Elçinin bank rekvizitləri

Son xəbərlər
Bütün xəbərlər »