Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden gələcək kabinetinin üzvlərini təqdim edib
Bayden gələcək kabinetinin üzvlərini təqdim edib

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden gələcək kabinetini təmsil edəcək komanda üzvlərini təqdim edib.

APA xəbər verir ki, Delaver ştatının Vilminqton şəhərindəki çıxışı zamanı Bayden və onun gələcək nazir namizədləri eyni səhnədə yan-yana dayanıblar.

Məlumata görə, Co Bayden Toni Blinkeni Dövlət katibi vəzifəsinə, Linda Tomas-Qrinfildi BMT-dəki daimi nümayəndəliyə, Ceyk Sallivanı milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi vəzifəsinə, Alexandro Mayoraksı Daxili Təhlükəsizlik Nazirliyinə, keçmiş Dövlət katibi Con Kerrini isə iqlim məsələləri üzrə məsul vəzifəyə təqdim edib.

Son xəbərlər
Bütün xəbərlər »