Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Türkiyə Ordusu

“Qardaş Azərbaycanın işğal altındakı torpaqlarının 30 il sonra azadlığa qovuşmasının sevincini yaşayırıq”.

APA-nın xəbərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyanın İdarə Heyətinin növbəti toplantısından sonrakı çıxışında belə deyib.

Ömər Çelik Ömər Çelik

Ömər Çelik bildirib ki, Qarabağda Azərbaycanla Ermənistanın atəşkəs razılşaması əsasında daimi sülhə nail olunması çox önəmlidir: “Bu razılaşma əsasında 20 noyabrda Azərbaycanın işğalda olan Ağdam rayonu azadlıq qazandı. Qazanılan Qarabağ zəfərinin əldə saxlanması, regionda daim sülhü qorumaq çox önəmlidir”.

AKP sözcüsü deyib ki, Türkiyə Dağlıq Qarabağda sülhməramlı missiyasını icra edəcək: “Türkiyə Böyük Millət Məclisi də artıq ordumuza bu səlahiyyəti verib. Türkiyə ordusu regionda sülhün qorunması missiyasında önəmli rol oynayacaq”.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »