Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir

Qarabağ məğlubiyyəti Ermənistan cəmiyyətini darmadağın edib. Ermənilər çox sarsılıb. Üstəlik, böyük itkilər acınacaqlı vəziyyət yaradıb. Minlərlə əsgər itkin düşüb.

Bizimyol.info xəbər verir. İtkin düşmüş erməni əsgərlərin valideynləri Rusiya prezidenti Vladimir Putindən imdad diləyir. Şimal dövlətinin İrəvandakı səfirliyinin qarşısında hər gün yüzlərlə əsgər yaxını toplaşır. Onlar daha Ermənistan hökumətindən yaxşı nəsə gözləmir. Bütün ümidlər Rusiyaya bağlanıb.

İtkin düşmüş əsgərlərin valideynləri noyabrın 24-də də səfirlik qarşısında toplaşıb. Onlar konsulla görüşüblər, istəklərini yazılı şəkildə çatdırıblar. Valideynlər Ermənistan Müdafiə Nazirliyindən lazımı məlumatı ala bilmədiklərini deyiblər. Onlar Rusiyanın sülhməramlıların Cəbrayıla və Hadruta itkin düşən əsgərlərin tapılması üçün getməsinə nail olmasını istəyir.

Jurnalistlərlə söhbətləşən Qarnik Barseqyan nəvəsi ilə axırıncı dəfə oktyabrın 11-də gec saatlarda danışdıqlarını bildirib. Martiros Barseqyan Cəbrayılda döyüşürmüş: “Telefonda çox sakit danışırdı. Nə baş verdiyini soruşanda dedi ki, sonra danışacaq. Bilirəm ki, ayağından yaralanıbmış. İndi nə özü var, nə də batalyonu”.

Son xəbərlər
Bütün xəbərlər »