Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən hərbi qulluqçularının bir qrupu geri qayıdıb
Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən və döyüş tapşırıqlarını uğurla yerinə yetirən hərbi qulluqçularının bir qrupu Naxçıvana geri qayıdıb.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, şərəfli döyüş yolu keçən qəhrəman Vətən oğullarını Sədərək gömrük-keçid məntəqəsindən etibarən yüzlərlə sakin izdihamlı şəkildə müşayiət edib, yolboyu üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycanın ərazi bütövlüyü, qəhrəman döyüşçülərimizin şücaəti ilə bağlı şüarlar səsləndirilib.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, müzəffər ordumuzun Qələbəsi ilə nəticələnən Azərbaycan Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da fəal iştirak edib, döyüşlərdə göstərdikləri böyük şücaət və qəhrəmanlıqları ilə seçiliblər. Təsadüfi deyil ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev də xalqa müraciətində bunu xüsusi qeyd edərək deyib: “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »