Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polkovnikin oğlu: "Atam həm qalib oldu, həm də şəhid"
Polkovnikin oğlu: "Atam həm qalib oldu, həm də şəhid"

Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən şəhid polkovnik Babək Səmidli Göyçay şəhidlər xiyabanında torpağa tapşırılıb.

Bizimyol.info xəbər verir ki, şəhidin dəfn mərasimində iştirak edən övladları müsahibə zamanı ataları ilə qürur duyduqlarını bildiriblər.

"Mən əvvəldən atamla fəxr edirdim. İndi də qat-qat artıq fəxr edirəm. Şəhidlik hər insana qismət olmur. Atamın 3 arzusu var idi. Ya qazi, ya şəhid, ya da qalib olmaq. Atam həm qalib oldu həm də şəhid",-deyə bildirib.

Xatırladaq ki, korpus komandirinin müavini,polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »