Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”

Türk dronlarının effektliyindən bütün dünya danışır. Xüsusilə Qarabağ müharibəsi “Bayraktar”ın nəyə qadir olduğunu göstərdi.

Bizimyol.info xəbər verir ki, bu dəfə Fransa və İspaniya mətbuatı Türkiyə dronları haqda material hazırlayıb. “L'Opinion” və “El Pais” qardaş ölkənin istehsalı olan pilotsuz uçuş aparatlarının gerçək gücünü açan yazılar dərc edib. Burada hətta rus hava hücumundan müdafiə sistemlərinin də türk dronlarının qarşısını almaqda aciz olduğu bildirilib. “L'Opinion” yazıb ki, Suriya, Liviya və Qarabağ müharibələri Rusiyanın bu istiqamətdə çox iş görə bilməyəcəyini ortaya qoyub.

Səlcuq Bayraqdar Selçuk Bayraktar

“Türk dronlarının uğuru ukraynalıları da həvəsləndirib. Bir xeyli pilotsuz uçuş aparatı alıblar. İndi Donbass haqda düşünürlər”, - “L'Opinion”un yazısında qeyd edilib.

“El Pais” həm də yazıb ki, “Bayraktar” düşmənin ovqatını korlamağı çox yaxşı bacarır.

Son xəbərlər
Bütün xəbərlər »