Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"
Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"

Bu ilin ilk doqquz ayında Rusiya ilə Türkiyə arasındakı ikitərəfli ticarət dövriyyəsi 14 mlrd. ABŞ dollar təşkil edib.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Pandemiyaya baxmayaraq, bu ilin ilk 9 ayında Rusiya Federasiyası ilə ikitərəfli ticarət dövriyyəsinin həcmi 14 mlrd. dollar təşkil edib, qəbul etdiyimiz rusiyalı turistlərin sayı isə oktyabrda 1,9 milyona çatıb. Bu, ikitərəfli münasibətlərin səviyyəsinin göstəricisidir", - deyə M. Çavuşoğlu qeyd edib.

Nazirin sözlərinə görə, Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir: "8 yanvarda açdığımız "Türk axını" qaz kəməri və 2023-cü ildə istismara verməyi hədəflədiyimiz "Akkuyu" nüvə elektrik stansiyası kimi layihələr ikitərəfli əlaqələrin əsas brendləridir".(apa)

Son xəbərlər
Bütün xəbərlər »