Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Müharibələrə yönəlməli olan resurslar pandemiyanın fəsadlarının aradan qaldırlmasına yönəldiləcək
Ekspert: Müharibələrə yönəlməli olan resurslar pandemiyanın fəsadlarının aradan qaldırlmasına yönəldiləcək

Bir çox politoloq və ekspertlər hesab edirlər ki, bir illik pandemiya dünya ölkələrinin xarici borclarını həddən artıq şişirdib. Bu borcların silinməsinin tək yolunu isə müharibədə görənlər var.

Siyasi şərhçi Vüsal Məmmədov isə hesab edir ki, bu cür düşünənlər sosial şəbəkə ”biliciləridirlər”

“Bunu yəqin feysbuk "politoloqları" və "iqtisadçıları" deyə bilərlər. Çünki müharibə vaxtı əksinə, borclar daha da artır. İstənilən müharibə - böyük xərclər deməkdir. İndi pandemiya onsuz da dünya iqtisadiyyatını ağır vəziyyətə salıb. Əlavə olaraq, müharibələr də çoxalsa, əksinə, böhran lap dərinləşər”,- deyə o bilidir.

Artıq koronavirusun bir yaşı tamam oldu. Düz bir il öncə dünyanı qorxu içində öz cənginə salan bu virusun yaranma səbəbləri barədə müxtəlif nəzəriyyələr yayıldı, bir- birindən maraqlı komlo teoriləri səsləndirildi. Onun insan zəkasının məhsulu olduğu, süni şəkildə bioloji silah kimi yaradıldığı deyildi.Pandemiya insan zəkasının işi idisə elə bu çöküşə, borcların artımına hesablanmışdı. Son nəticə nə olmalıydı bəs? Tutaq ki, ilk başlarda proqnozlaşdırıldığı kimi, 2023-cü ilə qədər davam etsə, dünyanın taleyi necə olacaq, iqtisadi böhranara görə dünyanın siyasi xeritələr dəyişə bilərmi?

Vüsal Məmmədov bu skeptik yanaşma ilə də razılşamır.

“Məncə, pandemiyanı insan zəkasının işi kimi qəbul və şərh etmək düz olmaz. Daha doğrusu, olar, ancaq çayxanada. Pandemiya hətta əgər 2-3 il davam etsə belə, bunun müharibələrə gətirib çıxaracağı inandırıcı deyil. Əksinə, dövlətlər müharibəyə yönəltməli olduqları resursları pandemiyanın fəsadlarının aradan qaldırlmasına yönəldəcəklər”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »