Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saatlı sakinindən silah və narkotik götürülüb
Saatlı sakinindən silah və narkotik götürülüb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda və narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun əlindəki torbadan 40 ədəd kibrit qutusunda satış məqsədi ilə qablaşdırılmış 200 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib, baxış zamanı mənzilindən 1 ədəd qoşalüləli “TOZ-16” markalı ov tüfəngi və 28 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »