Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid polkovnik Babək Səmidli dəfn olunub
Şəhid polkovnik Babək Səmidli dəfn olunub

Polkovnik Babək Səmidli dəfn olunub.

B.Səmidli doğulduğu Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.

Babək Səmidli Babək Səmidli

Mərasimdə çıxış edənlər - Müdafiə Nazirliyinin nümayəndələri, döyüş yoldaşları B. Səmidlinin şücaətindən, qəhrəmanlığından, döyüş yolundan danışıblar.

Sonda korpus komandiri, general-mayor Hikmət Həsənov B. Səmidlinin tabutu bükülmüş bayrağı onun oğlanlarına verib.

Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.(apa)

Son xəbərlər
Bütün xəbərlər »