Azərbaycan Ordusunun 22 yaşlı əsgəri Nihad Ağayev videomüraciət edərək kəsirləri barəsində ona güzəşt edilməsinj xahiş edib.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olduğunu əsgər videomüraciətdə N.Ağayev akademik borcu (imtahandan kəsirlərlə) ilə bağlı ona güzəştin edilməsini xahiş edib.
Məlumatda qeyd olunub ki, ailənin yeganə övladı N.Ağayev ötən ilin iyul ayında Ordu sıralarına çağırılıb. Vətən müharibəsinin birinci günündən döyüşüb. Müharibənin ağır döyüşlərindən olan Hadrut (Xocavənd), həmçinin Füzulinin azadlığı uğrunda döyüşlərdə iştirak edib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elnarə Məmmədova Bizimyol.info-ya bildirib ki, N.Ağayevin müraciəti araşdırılması üçün müvafiq qurumlara yönləndirilib.
Ramid İbrahimov