Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat yoluxma hallarının artmasının səbəbindən danışıb
Deputat yoluxma hallarının artmasının səbəbindən danışıb

“Koronavirus bu gün hər kəsi narahat edir. Bizdə müharibə, qələbə sevinci vəziyyəti gərginləşdirdi”.

Bizimyol.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat qeyd edib ki, insanlar yoxlama işinin bahalı olduğunu nəzərə alaraq, çox zaman testdən keçmirlər: “Adamların imkanı olmadığı üçün testdən keçmirlər və yoluxma halları artır. Bu, nəzərə alınmalıdır. Bundan başqa, pik saatlarda avtobuslara yaxın düşmək mümkün deyil. Elə bil, hər dayanacaqda mitinq gedir. Metronu açmaq bu işi asanlaşdırar. Əlaqədar qurumlar bunu nəzərə alsalar yaxşı olar”.

Sədr Sahibə Qafarova bildirib ki, ötən iclasların birində deputat Soltan Məmmədov testlərin pulsuz olduğunu demişdi.

Son xəbərlər
Bütün xəbərlər »