Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"COVID-19-a qarşı effektiv müalicə yoxdur"
Hande Harmancı

COVID pandemiyası dünyada antibiotiklərdən istifadənin artmasına səbəb oldu. Antibiotiklərdən düzgün istifadə edilməməsi onun təsirinin azalmasına səbəb ola bilər.

Bizimyol.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, pandemiya dövründə antibiotiklərdən səhv istifadə edilməsi ehtiyacı olan insanların bu dərmanlara əl çatanlığını ləngidə bilər.

“COVID-19-a qarşı effektiv müalicə yoxdur. Pandemiya dövründə antimikrob dərmanlardan istifadə bu dərmanlara qarşı davamlılığınn yaranmasına səbəb ola bilər. Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır. Koronavirusa yoluxmuş xəstələrin xəstənaya yerləşdirmə göstəricisinə baxsaq, xəstələrin 8 faizində bakterial və ya göbələk infeksiyasının olduğunu görərik. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir. Yüngül gedişli xəstəlikdə antibiotiklərdən istifadə edilməsi düzgün deyil. Ağır simptomlıu bakterial infeksiyanın müalicəsində antibiotik müalicəsi tövsiyyə edilir”.

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Ənənə davam edir: Kreml sahibinin "əli olmayan" qətllər...
Son xəbərlər
Bütün xəbərlər »