“İndi Qarabada tərəflər hər biri öz nəzarətində olan ərazilərdə ölənlərin meyitlərini tapırlar.Lakin minalanmış təmas xəttində, qaynar döyüşlər gedən yerlərdə cəsədləri tapmaq asan deyil”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri Rusiya mətbuatına açıqlama verən Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin rəhbəri Peter Mauer dilə gətirib
Cəsəd qalıqlarının toplanması və tanınması barədə danışan cənab Mauer deyib ki, bu məsələdə təcrübəyə əsaslanılır. “Onlar toplanılır, kimə aid olduğu müəyyən edildikdən sonra ləyaqətlə ölən şəxsin yaxınlarına təqdim edilir. Əgər eksqumasiya işləri uzansa qışda cəsədlər parçalanacaq və onların tanınması daha da çətinləşəcək. Həm də çürüyən cəsədlər müxtəlif virus və xəstəliklərin yayılmasına səbəb ola bilər. Elə buna görə, indi BQXC ərazidə əməkdaşların sayını artıracaq.
“Biz əməkdaşlarımızın sayını 4 dəfə artırmağa çalışacağıq.Orda adamlarımızın sayı çox azdır. Əlavə olaraq regiona 400-500 nəfər göndərəcəyik. Maliyyə isə 11 milyondan 49,4 milyona qədər artırılacaq
İlhamə