Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var

Ermənistan öz qoşunlarını Kəlbəcər rayonundan çıxarma öhdəliyini növbəti dəfə pozur.

Məlumatı Rusiya hərbi dairələrinə yaxınlığı ilə seçilən Avia.pro portalı yayıb.

Portalın Azərbaycandakı mənbələrə istinadən bildirdiyinə görə, Ermənistan Silahlı Qüvvələrinin və qondarma “DQR” ordusunun hərbi qulluqçuları hələ də Kəlbəcəri tərk etməyiblər. Bu, üçtərəfli razılaşmanın şərtlərinin pozulması deməkdir və münaqişənin yenidən bərpasına gətirib çıxara bilər.

“Mənbələrin məlumatına görə, Azərbaycan Ordusunun hərbi bölmələri bir gündən az müddətə Kəlbəcər rayonunun ərazisinə daxil olacaq, lakin münaqişənin əks tərəfinin silahlı qüvvələri hələ də rayonda qalmaqdadır. Bildirilir ki, əsasən “DQR ordusu”nun könüllüləri üçtərəfli memoranduma dair razılaşmanın tələblərini yerinə yetirməkdən açıq şəkildə imtina edir.

Eyni zamanda qeyd olunur ki, Kəlbəcər rayonundan silahların əsas hissəsi çıxarılıb, lakin vəziyyət hələ də gərgin olaraq qalır”,- portal belə yazır.

Qeyd edək ki, üçtərəfli razılığa əsasən, ermənilər noyabrın 15-də Kəlbəcəri tərk etməli idilər. Lakin müxtəlif bəhanələrlə rayonu tərk etməyən ermənilərə Azərbaycan tərəfi humanism göstərib daha 10 gün möhlət vermişdi. Belə görünür ki, düşmən rəsmi Bakının humanizminin sonsuz olduğuna inandığından hələ də tərpənmək fikrində deyil. (ovqat.com)

Son xəbərlər
Bütün xəbərlər »