Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid polkovnik: “Azərbaycan əsgərinin qalib olmaq, qazi olmaq və şəhid olmaq seçimi var” - Video
Şəhid polkovnik: “Azərbaycan əsgərinin qalib olmaq, qazi olmaq və şəhid olmaq seçimi var” - Video

Xəbər verildiyi kimi Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən polkovnik Babək Səmidli dünən şəhid olub.

Bizimyol.info xəbər verir ki, Suqovuşan qəsəbəsi ərazisində minaya düşən korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlunun sosial şəbəkələrdə videogörüntüsü yayılıb.

Əsgərlər önündə döyüş qabağı çıxış edən polkovnik bildirib ki, hər zaman döyüş əmri verilən kimi düşmənin üzərinə şığımaq lazımdır: “Əsgərlərimizin üç yolu var: qalib olmaq, qazi olmaq və şəhid olmaq. Başqa seçim heç bir Azərbaycan əsgərində ola bilməz. Qorxanların rahat yaşamasına imkan verməyəcəm.

Orduya xalq dəstək olur. Cehizini əsgərlərə göndərən qadınlar tanıyıram.

Əsgərlərimiz yuxarı baxmamalıdır, onlar dağın üstündə olmalıdırlar”.

Şəhid polkovnik bu gün Göyçayda dəfn olunacaq.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »