Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Terror hadisələrinə görə polis polkovnikinin həbsinə qərar verilib

Moskvanın Basmannı Məhkəməsi Dağıstanın Kizlyar rayonunun polis rəisi, polis polkovniki Qazi İsaev barəsində 2010-cu ildə Moskvada baş verən terror hadisələrində iştirakı ilə bağlı həbs qərarı çıxarıb.

Bu barədə RİA Novosti-yə məhkəmənin mətbuat katibi İrina Sofinskaya məlumat verib.

Bildirilib ki, Qazi İsayevə qarşı həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin icrası 4 yanvar 2021-ci il tarixinədək təmin ediləcək.

İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib ki, Q.İsaev 29 mart 2010-cu ildə Moskvanın “Lubyanka” və “Park Kulturı” metro stansiyalarında törədilən terror aktları ilə əlaqədar tutulub. Hadisə nəticəsində 39 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Qeyd edək ki, Q.İsaev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210-cu maddəsinin 3-cü hissəsi, 209-cu maddəsinin 3-cü hissəsi, 205-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi (bir şəxsin öz vəzifə səlahiyyətlərindən istifadə edərək terror aktı törətməkdə, mütəşəkkil cinayətkarlıqda iştirak) ilə günahlandırılıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »