Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parisdə Fransanın sabiq prezidentinə qarşı işin baxılmasına başlanılıb
Nikola Sarkozi

Paris məhkəməsi korrupsiya və nüfuz alverində günahlandırılan Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı işə baxmağa başlayır, siyasətçi məhkəmə iclasına gəlib.

“Report” xəbər verir ki, Sarkozi sürətlə məhkəmə zalına girərək prosesi izləyən çoxsaylı media nümayəndələrinin suallarını cavablandırmayıb.

Bazar ertəsi başlayan dinləmələrin dekabrın 10-dək davam edəcəyi gözlənilir. Söhbət “dinləmə işi”ndən gedir. İş üzrə təqsirləndirilənlər arasında Sarkozinin vəkili Tyerri Erzoq və Kassasiya Məhkəməsinin keçmiş yüksək rütbəli məmuru Jilber Aziber də var.

İstintaqın versiyasına görə, keçmiş Fransa lideri vəkili Erzoq vasitəsi ilə Fransanın “L'Oreal” şirkətinin varisi Lilian Bettencur tərəfindən 2007-ci ildə Sarkozinin prezidentlik kampaniyasının mümkün qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı başqa bir istintaqla bağlı gizli məlumat qarşılığında Aziberə Monakoda vəzifə almasında kömək edəcəyinə dair söz verə bilərdi.

Sarkozi ona qarşı irəli sürülən ittihamları rədd edir. BFMTV telekanalının efirində keçmiş lider xüsusilə Aziberin Monakoda heç bir vəzifə almadığını vurğulayıb.

Qeyd edək ki, Sarkoziyə qarşı digər – onun 2012-ci ildəki seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı məhkəmə prosesi gələn ilin yazında başlamalıdır.

Paylaş »
››› "İndi biz dinazovrın can verməsini müşahidə edirik"
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› Ermənistandan Azərbaycana müharibə xəbərdarlığı: Yaxın zamanlarda...
››› “Bunu harada demişəm, sübut edin” – Şuşayla bağlı sual Paşinyanı özündən çıxardı
››› Bill Qeyts: “Dünya növbəti pandemiyaya hazır deyil”
››› Aşurbəyli yeni yaratdığı dövlətdən danışdı: BMT-yə müraciət edəcəyik
Son xəbərlər
Bütün xəbərlər »