Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da atışmada 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb
ABŞ-da atışmada 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

ABŞ-ın Bruklin şəhərində atışma olub.

APA-nın xəbərinə görə, bu barədə CNN polisə istinadən məlumat yayıb.

Atışma ötən gün əyləncə gecəsində baş verib. Polis əməkdaşları hadisə yerində 7 nəfər yaralını aşkar ediblər. Yerli xəstəxanalara çatdırılan yaralıların hamısı 14-20 yaş aralığında olub.

Daha sonra xəsarət alanlardan bir nəfər – 20 yaşlı qız xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması barədə məlumat verilməyib.

Son xəbərlər
Bütün xəbərlər »