Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
Ermənistanda etiraz aksiyaları davam edir, onlarla insan saxlanılıb

Fransanın məşhur Le Monde nəşri Faustina Vensanın Dağlıq Qarabağ barədə məqaləsini dərc edib. Məqalə həm Rusiyada, həm də Azərbaycanda diqqət çəkib.

Bizimyol.info həmin məqaləni təqdim edir.

“2018-ci ildə Ermənistanda korrupsiyalaşmış hakimiyyəti yıxan və Paşinyanı rəhbərliyə gətirən xalq hərəkatı eyforiyası indi çıxışı olmayan dalana dirənib.

Paşinyan və onun rejiminin vədlərini xatırlamaq üçün çox keçmişə qayıtmağa gərək yoxdur. Hadisələr 2018-ci ilin baharında cərəyan edirdi. O zaman keçmiş jurnalist və deputat olan Paşinyan ölkə üzrə yürüşə çıxıb, Serj Sərkisyanın devrilməsinə nail ola bildi. O zamanlar onun populyarlığı pik həddində idi. 2 il yarımdan sonra ona bəslənən ümidlər Dağlıq Qarabağ müharibəsinin başlanması ilə alt-üst oldu. İndi insanları Paşinyanın islahatları, korrupsiyaya qarşı mübarizə maraqlandırmır. Prioritetlər dəyişib. 100 min insanın qaçqına çevrilməsinə, minlərlə əsgər və zabitin ölümünə səbəb olmuş müharibə və Covid-19 nəticəsində xəstəxanaları dolduran insan seli, məğlubiyyət sindromu fəlakət həddinə çatdırıb. 2018-ci ildə ümid qığılcımları yaranmışdı. Bu gün ölkə dibə çökmüş haldadır. Fransanın İrəvandakı səfiri Jonatan Lakot da bu fikirdədir. 9 noyabrda Azərbaycan və Rusiya ilə imzalanmış bəyanatdan sonra xalq dünənki qəhrəmanı - Paşinyanı satqın adlandırır. Gecə ölkə rəhbərinin sosial şəbəkə heabından elan olunmuş bu xəbərə erməni xalqı hazır deyildi.

Öz növbəsində köhnə rejim klanı hesab edir ki, bundan revanş kimi istifadə edib hakimiyyətə qayıtmaq olar. İrəvanda müntəzəm olaraq etiraz aksiyaları keçirilir.

Etirazçılar 2018-ci ildə demokratik inqilab etdfiklərini, indi isə utanc duyduqlarını dilə gətirirlər. ”Biz məxməri inqilab etdik, köhnə rejimi qovduq, bu gün o rejim yenidən geri qayıdır”, deyə etirazçılar bildirirlər. Lakin qeyd etmək lazımdır ki, indi etiraz edənlərin sayı da, iki il öncəki qədər deyil. Köhnə rejimə nifrət, onun qayıtmasına duyulan qorxu Nikol Paşinyanın hakimiyyətdə qalmasından daha güclüdür. Hələ ki, Paşinyan əhalinin köhnə rejimə olan nifrəti səbəbi ilə öz hakimiyyətini qoruyub saxlaya bilir. Çünki başqa alernativ yoxdur.

Erməni gənclər üçün Qarabağ müharibəsində məğlubiyyət də fəlakətdir. Gənclər bu torpaqlara özlərini bağlı hesab edirlər. Onlar Qarabağı Ermənistanın ərazisi hesab edirlər.

Növbəti aylarda Ermənistanın Baş nazirinin işi daha da çətin olacaq. Onun üçün ən böyük təhlükə siyasi yox, iqtisadi cəhətdən gözlənilir.İqtisadi böhran daha ciddi və dağıdıcı olacaq. Müharibəyə qədər əhalinin üçdə biri yoxsulluq səviyyəsində yaşayıb. Ölkəyə Qarabağdan qaçqınların gəlişi ilə vəziyyət daha da gəriləcək. Perspektiv olmadığına görə, COVİD19–la bağlı qadağalar aradan qalxdıqdan sonra insanların çoxunun ölkədən köçməsi gözlənilir. İnqilab zamanı ermənilər yeni gələcək barədə düşünürdülər. İndi onlar Azərbaycan və Türkiyənin qələbəsindən sonra yeni sual qarşısındadırlar - sağ qala biləcəklərmi?”,- deyə müəllif yazıb.

Tərcümə etdi İlhamə

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »