Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur skripkaç Füzulidə bu mənzərədən təsirlənib - Foto
Məşhur skripkaç Füzulidə bu mənzərədən təsirlənib - Foto

“Erməni vandalizmi nəticəsində dağıdılan Füzuli şəhərinin Mədəniyyət Mərkəzinin qarşısında bütün dünyaya sülh mesajı verdik. İşğaldan azad olunmuş şəhərlərə artıq insanları gülüşü və musiqi geri döndü”

Bunu Bizimyol.info-ya açıqlamasında azərbaycanlı skripkaçı, beynəlxalq musiqi müsabiqələri laureatı Ceyla Seyidova bildirib.

Qeyd edək ki, C.Seyidova ötən gün Ermənistan tərəfindən Füzuli şəhərinin dağılmış Mədəniyyət Mərkəzinin qarşısında ifa edib.

O, inanır ki işğaldan azad olunmuş yaşayış məntəqələri yenidən qurulacaq, şəhərlərdə burada mədəniyyət ocaqlarının fəaliyyəti bərpa olunacaq: “Tarixi binaların və mədəniyyət abidələrinin dağıdılması mənə çox pis təsir etdi. İşğal edilmiş ərazilərdə bir binada da qalmayıb. Bu, barbarlıqdır. Mən də dağılmış binanın qarşısında, alaq otlarının içində 3 musiqi əsərini ifa etdim. Mən inanıram ki Mədəniyyət Mərkəzinin yeni və böyük binası inşa ediləcək və mən orada konsert verəcəm”.

Ramid İbrahimov

Sripaç Füzulidə

Son xəbərlər
Bütün xəbərlər »