Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mütəxəssis: “Qaydalara tam əməl olunmasa, növbəti həftələrdə koronavirusa yoluxma daha da arta bilər"
koronavirus

"Növbəti həftələrdə koronavirusa yoluxma sayında artım görə bilərik. Bunun baş verməməsi üçün qaydalara tam əməl etmək lazımdır”.

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib. O bildirib ki, bu aralar insanların qaydalara əməl etməsində müsbət dinamika var: “Amma qaydalara mütləq şəkildə tam əməl olunmalıdır. Hazırdakı göstəricilər 10-14 gün əvvəl qaydalara əməl olunmaması nəticəsində ortaya çıxıb. Bu gün qaydalara nisbətən əməl olunmasının dinamikasını növbəti həftələrdə görəcəyik".

N. Əliyev qeyd edib ki, PZR testləri koronavirusa yoluxma olduğu halda ilk 7 gün ərzində pozitiv göstərir: "Koronavirusun ilk 7 gündə həssaslıq dönəmi keçdikdən sonra cavab neqativ çıxa bilər. Amma virus orqanizmdə qala, ağciyərlərdə ola və patologiyalar törədə bilər. Koronavirus üçün yaxma götürülərkən qaydalara mütləq şəkildə əməl olunmalıdır. Əgər eyni gündə verilən testlərin cavabı müxtəlif çıxıbsa, demək ki, yaxma düzgün götürülməyib".

İşçi qrupun üzvü vurğulayıb ki, gigiyena qaydalarına əməl olunarsa, iki həftə ərzində yoluxma sayında azalma olacağını ehtimal etmək olar: "Hazırda mövsümi qriplə koronavirusu ayırmaq çox çətindir. Demək olar ki, bütün respirator virus infeksiyalarında əlamətlər oxşardır. Hazırda koronavirusu yalnız test verməklə ayırmaq olar. Təngnəfəslik və boğulma varsa, mütləq şəkildə COVID-19 testi vermək lazımdır".

Həkim bildirib ki, hazırda gözləməli olduğumuz əsasa qaydalar kütləvi yerlərdən uzaq durmaq, şəxsi gigiyena, fərdi izolyasiya qaydalarına əməl etmək, ictimai nəqliyyatda ara məsafəsini gözləmək, zərurət olmadığı halda küçəyə çıxmamaqdır.(apa)

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
Son xəbərlər
Bütün xəbərlər »