Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN-dən siqaret çəkilməsi ilə bağlı daha bir açıqlama
Polis - Cərimə

Daxili İşlər Nazirliyi (DİN) açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama verib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz:

"Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər. Küçədə, insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Sadəcə öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır".

Ölkədə noyabrın 21-dən açıq havada maska taxmaq məcburidir. Buna əməl etməyənlər 100 manat məbləğində cərimə olunur.

Xatırladaq ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »