Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbçilər Şuşada xan çinarı ağacı əkiblər - Video
Şuşa şəhəri

İşğaldan azad olunmuş Şuşa şəhərində hərbçilər və könüllülər xan çinar ağacları əkiblər.

Bizimyol.info xəbər verir ki bu barədə “Əsgərə dəstək” təşəbbüs qrupunun rəhbəri Müzadil Həsənov bildirib.

Onlar ilk xan çinarı ağacını Yuхarı Gövhər ağa məscidinin (və ya Şuşa cümə məscidi) qarşısında əkiblər.

M.Həsənov qeyd edib ki, Qarabağda tarixi abidələro məhv edən və ekoloji terror törədən ermənilərdən fərqli olaraq azərbaycanlılar Qarabağda yaşayacaq və yaşadacaq: “Çünki biz bu torpaqların gerçək sahibləriyik... Cənnət Qarabağımız dünya durduqca bizimdir, nəvə-nəticələrimiz bu çinarların kölgəsində gəzsin inşallah!

Şuşanın azad edilməsi həqiqətən bir möcüzə oldu, bu bütün dünya hərb qaydalarına zidd bir əməliyyat idi. Şuşanın düşməndən təmizlənməsi Allahın hökmü, Ali Baş Komandanımızın dəmir iradəsi və qətiyyəti, qardaş Türkiyənin əvəzsiz dəstəyi, hərbi komandanlığın cəsarətli planı və igidlərimizin ağlasığmaz qəhrəmanlığı sayəsinə baş verdi”.

Ramid İbrahimov

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »