Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elektron sistem vasitəsilə təmin ediləcək məlumatların sayı artırılıb
İlham Əliyev

Elektron sistem vasitəsilə təmin ediləcək məlumatların sayı artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Fərmana əsasən, Elektron ipoteka və kredit zəmanət fondunda elektron sistem vasitəsilə artıq investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün müraciət etdikdə, müvafiq təsdiqedici sənədlərə dair məlumatlar da təmin ediləcək.

Eyni zamanda, həmin fərmana əsasən, Elektron sistemdə artıq sahibkarın nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə ) kredit bürolarında saxlanılan məlumatlar; sahibkarın nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər üzrə məlumatlar; sahibkarın hüquqi şəxs olan qanuni təmsilçisi və nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan hüquqi şəxslər barədə dövlət reyestrindən çıxarış üzrə məlumatlar da təmin ediləcək. Əvvəl bu göstərici 25%-dən çox götürülürdü.

Paylaş »
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
Son xəbərlər
Bütün xəbərlər »