Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml Putinin Baydeni nə vaxt təbrik edəcəyinə aydınlıq gətirib
Putin - Bayden

Vladimir Putinin Co Baydeni təbrik etməsindən öncə ABŞ-da prezident seçkilərində qələbə barədə rəsmi elanı və məhkəmə iddialarının yekunlarını gözləmək lazımdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Birincisi, seçilmiş prezident elan edilməlidir. Əslində, fəaliyyətdə olan prezident seçkilərin nəticələrini tanımalıdır və bütün məhkəmə iddiaları bitməlidir. Lakin aydındır ki, bu hələ baş verməyib”, - deyə Kremlin sözçüsü vurğulayıb.

D. Peskov qeyd edib ki, bundan əvvəl keçirilmiş seçkilərdə bütün amerikanşünasların, sosioloqların və digərlərinin bütün proqnozları Hillari Klintonun qalib gəldiyini göstərirdi: “Həqiqətən də hər kəs bu barədə baş vermiş fakt kimi danışırdı. Lakin başqa cür oldu”.

Paylaş »
››› Rusiya Qarabağda 120 ton qızılı necə əldən verdi... - Rusiya mətbuatı
››› Azərbaycanın almaq istədiyi Çin peyvəndi özünü doğrultmur
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Azərbaycanda vulkan püskürüb
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
Son xəbərlər
Bütün xəbərlər »