Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Supermarketlər şəbəkəsində süni qiymət artımının səbəbləri - Ekspert açıqlaması
Ərzaq - Market

“Ərzaq mağazalarında və supermarketlər şəbəkəsində süni qiymət artımı müşahidə olunur”.

Bunu Bizimyol.info-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Eyyub Hüseynov Eyyub Hüseynov

E.Hüseynov qeyd edib ki, supermarketlərdə qiymət artımının səbəbi istehsalçılardan və təchizatçılardan alınan izafi xərclərdir: “Supermarketlər şəbəkəsi istehsalçılardan və yaxud təchizatçılardan kulli miqdarda vəsait alaraq malı vitrinə yerləşdirirlər. Məsələn, bal məhsullarını marketə yerləşdirilməsi üçün supermarketlər şəbəkəsinin rəhbərliyi istehsalçılardan 15-18 min manat arasında vəsait tələb edirlər.

İstehsalçı da verdiyi pulu geri almaq üçün məhsulun qiymətini dəfələrlə artırır.

Biz çalışırıq ki istehsalçılardan və təchizatçılardan alınan pul leqallaşdırılsın və ya kökündən ləğv edilsin. İstehsalçı marketlərdə satma prosesi ilə məşğul ola bilsin.

Onu da qeyd edim ki, supermarketlər şəbəkəsi istehsalçıdan məhsulları nağd şəkildə alır, amma onlara kassa çeki vermir. Böyük vergidən yayınma halları var”.

Ekspert qeyd edib ki, marketlərdə süni qiymət artımı göstərən nümunələrdən biri ənənəvi vitrində bir qiymətin, kassada başqa qiymətin olmasıdır: “ İstehsalçıların ən çox şikayət etdiyi məsələlərdən biri məhsulun üzərinə yazılan qiymətlə kassa qəbzində yazılan qiymətin fərqli olmasıdır. Yəni baha olmasıdır. Hələ görməmişəm ki malın üzərindəki qiymət baha, kassa çekində ucuz göstərilsin”.

Ramid İbrahimov

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
Son xəbərlər
Bütün xəbərlər »