Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsir düşən əsgərlərimiz tezliklə qaytarılacaq
Əsirlikdə olanlar

Qarabağ savaşının birinci mərəhələsi başa çatıb. İndi döyüş masa üzərində davam edir. Sevincimizə kölgə salan bir məqam əsir düşən əsgər və sıravi soydaşlarımızın taleyindən bixəbər olmağımızdır.

Rəsmi qurumlardan əsir düşənlərlə bağlı informasiya almaq nəyə görəsə mümkünsüz hala gətirlib və ictimaiyyətin sualları çox zaman cavabsız qalır. İlk olaraq onu qeyd edək ki, uzun müddətdir sosial şəbəkələrdə haqlarında axtarış kampaniyası başladılmış iki əsgərimiz, Amin Musayev və Bayram Kərimovdan xəbər var.

Hazırda düşmən əsirliyindəolan əsgərlərimiz Amin Musayev və Bayram Kərimov sağdırlar, durumları normaldır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri onlara baş çəkiblər.

Əsgərlərimiz ən yaxın vaxtda azad ediləcəklər.

Bundan öncə Ermənistan tərəfi həmin əsgərlərin onlarda olduğunu etiraf etmirdi.

BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib ki, saxlanılan şəxslərin azad olunması ilə bağlı qərar münaqişə tərəflərindən asılıdır:

“Komitə bu qərara təsir edə bilmir. BQXK tərəfi sadəcə münaqişə tərəfləri əsirləri azad etmə ilə bağlı qərar qəbul etdikdə, digər tərəf həmin şəxsi qəbul etməyə razılıq verərsə, eyni zamanda əsir düşən şəxsin özü də qayıtmaq arzusunu bildirdikdə əməliyyatın keçirilməsinə dəstək verir.Saxlanılan şəxslər barədə məlumatlar ailə üzvlərinə verilir”.

İlhamə

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
Son xəbərlər
Bütün xəbərlər »