Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstraliya ordusunun 9 hərbçisi intihar edib
Əfqanıstan

Son üç həftədə Avstraliyanın 9 hərbçisi intihar edib.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın “Daily Mail” qəzeti yazıb.

Məqalədə bildirilib ki, özünəqəsd hadisələri Avstraliya hərbçilərinin Əfqanıstanda qətllərdə iştirakını təsdiqləyən hesabatın yayılmasından sonra baş verib.

İntihar edən hərbçilərdən 8-i kişi, 1-i qadındır. Bu, Avstraliyanın hərb tarixində ilk hadisə sayılır.

Qeyd edək ki, bir müddət əvvəl Avstraliya hərbçilərinin Əfqanıstandakı fəaliyyətinə dair hesabat dərc olunub. Sənədə əsasən, 2005-2016-cı illərdə Avstraliyanın xüsusi təyinatlıları tərəfindən 39 qətl törədilib. Qurbanlar arasında mülki vətəndaşlarla yanaşı, yerli əsgərlər də var.

Ekspertlər hesabatı 400-dən çox şahid ifadəsinə, 20 mindən artıq sənədə və 25 mindən çox fotoya əsasən hazırlayıblar.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »