Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı; İqtisad elmləri namizədi; Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazim Bəydəmirli “Bədəmirli Fondu”nu təsis edib.
Bizimyol.info xəbər verir ki, Fondun əsas məqsədi Vətən müharibəsində Şəhid olmuş şəxslərin ailə üzvlərinə və Qazilərimizə sağlamlıqla bağlı həkim müayinələrindən sonra dərmanlarının alınmasını, digər ehtiyaclarını qarşılanmasını təşkil etməkdir. Fondun təsisçiləri, yəni Nazim Bəydəmirlinin ailə üzvləri Fəridə xanım, Cavid bəy, Zeynəb xanımdır və onlar fondun QHT kimi qeydə alınması üçün Ədliyyə Nazirliyinə lazımi sənədləri təqdim ediblər.
Fonda ilk ianəni özüm edəcəm, hər il isə biznes qazancımın 10%-ni köçürəcəm, Müşahidə Şurasına ölkədə bu sahədə etibar qazanmış 5 nəfər ictimai fəal, təmannasız, tərəfsiz adamları dəvət edəcəm, ilk 2 il ərzində Fondun icraçı direktoru özüm olmaqla, sonra bunu növbəti 2 il idarəçiliyi mənə heç bir qohumluğu olmayan cəmiyyətin nüfuzlu gənclərindən birinə ötürməklə həyatımın sonuna qədər böyütməkdə maraqlı olacam. Bundan əlavə mənim halal pulumla vaxtında aldığım, indi bazar dəyəri bir neçə milyon manat olan əmlaklardan birini yaxın zamanlarda satıb tamam pulunu da bu Fonda köçürməyə qərar verdik. Mən Fonda rəhbərlik etdiyim müddətdə onun inkişafına dəstəyi ancaq gəlirləri halal olan şəxslərdən və biznes tərəfdaşlarım olmuş, olacaq strukturlardan qəbul edəcəm.
Fondu qeydiyyata aldırdıqdan sonra ictimaiyyətə geniş təqdimatı da olunacaq... Onlar Vətənimizi bütövləşdirmək üçün canlarından, qanlarından, sağlamlıqlarından keçdilər, biz də onlar üçün edə biləcəyimizi etməliyik!”,- deyə Nazim Bəydəmirli bildirib.
İlhamə