Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda koronavirus xəstəsi yaşadığı ünvanı tərk edib
koronavirus

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyənləşib.

Şəhər ərazisində qurulmuş komendant postlarının birində “Mercedes” markalı avtomobil saxlanılıb. Araşdırma nəticəsində avtomobili idarə edən Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Məmmədov Babək Məmməd oğlunun aktiv koronavirus xəstəsi olduğu məlum olub. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılaraq, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı diqqətinə çatdırılıb.

Polis əməkdaşları tərəfindən əraziyə briqada dəvət olunub və həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.(apa)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »