Koronavirusun əhatə dairəsi getdikcə genişlənməkdə davam edir. Ölkəmizdə və dünyada hər gün yoluxanların sayı rekord həddə çatır. Virusun hava və təmas yolu ilə yoluxması qeyd edilsə də, artıq Çində dondurulmuş qidalarda və meyvələrdə viruslar aşkarlanıb. Bununla bağlı alimlər əhaliyə müraciətlər edərəklər edərək qidalarla daha ehtiyyatlı davranmağa və “qidalarla yoluxmur” deyərək arxayın düşməməyə çağırır.
Bizimyol.info-ya açıqlama verən Ərəbistanda çalışan soydaşımız, həkim Azər Mustafayev bildirib ki, çiy yeyilən qidalardan koronavirusa yoluxmaq mümkündür.
“ Satıcı maskasız asqırdıqda və ya ösgürdükdə virus qidaların üzərinə qonur və bir müddət qala bilir. Bu yolla yoxulma mümkündür.
Marketdən aldığınız məhsula əliniz dəydikdən sonra əlinizi üzünüzə vurmaq olmaz. Aldığınız məhsulu daha sonra isə əlinizi yumaq mütləqdir. Məsələn meyvələri qaynar su ilə yuduqda keyfiyyəti itir bunu nəzərə alıb ilıq su ilə lakin uzun müddət yuyun. Bu zaman virus ölür. Dondurulmuş qidalarda isə bişən zaman virus məhv olur. Lakin çiy halda həmin qidaya əlinizi vurub sonra başqa yerə toxunduqda virusu daşımız olursunuz . Buna görə də çiy məhsullara əl vurduqdan sonra qəti şəkildə başqa yerə toxunmayın. Toxunduğunuz hər bir şeyi yumaq lazımdır. Yalnız bu yolla qorunmaq mümkündür”,-deyə bildirib.
Tibb Universitetinin əməkdaşı Fuad İslamzadə virusların soyuducuda patogenliyini xarici mühitdəkinə nisbətən daha uzun müddət saxladığını və yüksək temperatura isə dözümsüzdür oluğunu bildirib.
“Onu deyə bilərəm ki, virusla çirklənmiş ərzaqlar və hətta istifadə edilən qab-qaşıq infeksiya mənbəyi ola bilər. Mətbuatda bir ölkənin başqa ölkədən idxal etdiyi xurmanın və toyuq ətinin üzərində virus tapıldığı haqda məlumat verilib. Məlumdur ki, viruslar soyuducuda patogenliyini xarici mühitdəkinə nisbətən daha uzun müddət saxlayır. Yüksək temperatura isə dözümsüzdür. Buna görə, bişirilən və isti şəkildə qəbul edilən qidalara üstünlük verilməlidir. Termik təsirə uğradılmadan qəbul edilən qidalar isə diqqətlə təmizlənməlidir. Yaxşı olar ki, marketlərdən ərzaq məhsulları alarkan qablaşdırılmış məhsullara üstünlük verilsin və onların qabları da qabaqcadan spirtlə dezinfeksiya edilib, sonra açılsın. Çünki biz qablaşdırma vasitəsini açanda unun üstündə olan çirki istəmədən ərzaq məhsulunun üstünə köçürə bilərik. Bəzi meyvə-tərəvəzi təmizləyərək bir müddət az miqdar sirkə qatılmış suda saxlamağı məsləhət görə bilərəm. Çünki koronavirus turşuya qarşı dözümsüzdür”, -deyə bildirib.
Leyla Mirzə