Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəranın İsti-su qəsəbəsində sakinlər “Atəş!” səsinə oyanır - Video
Topçu Vüsal Şahkərimov

Lənkəranın İsti-su qəsəbəsində sakinlər “Atəş!” səsinə oyanır.

"Report"un Cənub Mərkəzi qardaşı ön xətdə xidmət edən balaca Hüseynin "arxa cəbhədəki" sərgüzəştləri barədə reportaj hazırlayıb.

Lənkəran rayonunun İsti-su qəsəbəsində yaşayan 11 yaşlı Hüseyn Kişiyev cəbhədə düşmənlə vuruşan qardaşı Məhərrəməli qədər qəhrəmandır. Böyüyəndə o da hərbiçi olmaq istəyir. Onda bu həvəsi bir neçə gün öncə qətiyyəti, məğrur duruşu ilə cəsur topçularımızın simvoluna çevrilən qəhrəmanımız oyadıb. Bundan sonra balaca Hüseyn dostları ilə topdan atəş açan həmin topçunun obrazını canlandırıb və top artileriya qurğusunun maketini hazırlayıb. İndi Lənkəranın isti-su qəsəbəsinin sakinlərini hər səhər balaca Hüseynin dostları ilə birlikdə hazırladığı döyüş səhnələrində uca səslə "Atəş!" çağırışlarına oyanır. Balaca Hüseynin hazırladığı, artileriya qurğusunu xatırladan bu maket oyuncaq top atır və alov saçmır. Dediyinə görə, onun düşmənə qarşı atəşi də nifrəti də ürəyində, baxışlarında və duruşundadır.

Balaca Hüseyn “dava-dava” oynadıqları məhəllə uşaqlarına qardaşının fotolarını göstərərək onun timsalında Azərbaycan əsgəri ilə qürur duyur.

***

3 azyaşlı övladını Vətənə əmanət edib general Polad Həşimovun qisasını almaq üçün döyüşlərə könüllü gedən igidlərimizdən biri də evin tək oğlu, Bayram Eminovdur. O, Sentyabrın 28-də döyüşlərə qatılıb. Minaatan tağımında baş çavuş olan qazimi özü haqqında danışmağı xoşlamır. Snayper gülləsi sol böyründən girib qarın nahiyəsindən çıxıb. Yarasını sarıyaraq daha üç saat yoldaşları ilə birgə vuruşub. Döyüş meydanını isə düşmənin atdığı əl qumbarasının partlaması ilə aldığı ağır xəsarətdən sonra tərk edib:

“Bizim qələbəmiz dünyaya səs salıb. Generallarımızın bizimlə bir yerdə vuruşması bizə ruh verirdi. Mübarizlərin adı gələndə düşmən mövqeyini qoyub qaçırdı. Sağ olsun Prezidentimiz. Heç nədən çətinliyimiz yox idi. Şəhidlərimizin qisasın aldıq. Düşmən məğlub oldu"

***

Ali təhsilli, informatika üzrə mütəxəssis olan Ülvi Əsədullazadə də cəbhəyə könüllü yazılanlardandır. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ağır artileriya mərmisinin yaxınlıqda partlaması nəticəsində demək olar ki, bütün bədəni qəlpələrlə yaralanıb. Uçqun altında qalıb. Xeyli qan itirib. Yaşadıqlarına rəğmən Ülvi yenə də yüksək əhval-ruhiyyədədir:

“İnşallah tam sağalandan sonra ehtiyac olsa yenidən hərbi xidmətə gedərəm. Əgər olmazsa öz ixtisasım üzrə müəllim işləyərəm. Arzum oydu, o arzumuza da çatdıq. Şükür olsun Torpaqlarımız bizdədir. İnşallah bir müddətdən sonra o yerlər tamam bərpa olunacaq. Cənnət kimi bir yerə çevriləcək.”

İsti-su qəsəbəsində qürur hissi ilə yad edilən igidlərimizsə nə ilk, nə də sondur. Bu qəsəbə 1-ci Qarabağ müharibəsində 11 şəhid verib. Zəfər qazandığımız Vətən müharibəsində də bu elin oğulları canları, qanları ilə fədakarlıq göstərir.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »