Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Düşmənin tərk etdiyi minaatan batareyası və döyüş postları - Video
Düşmənin tərk etdiyi minaatan batareyası və döyüş postları - Video

Qırx dörd günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirməyərək geri çəkilən işğalçı Ermənistan silahlı qüvvələrinin birləşmələri bir zamanlar qəsb etdikləri ərazilərin hər yerində özlərindən sonra rüsvayçı izlər qoyublar.

"Report"un Ermənistanın işğalından azad edilmiş Füzuli ərazisində olan çəkiliş qrupu burada bir müddət öncə düşmənə məxsus olmuş minaatan batareyasında erməni əsgərlərinin qoyub qaçdığı silah-sursatı və hərbi əşyaları, konservləşdirilmiş qida məhsullarını, həmçinin onların xidmət etdiyi məntəqənin necə şəraitdə olduğunu videokameranın yaddaşına həkk edib.

Azərbaycan Ordusunun düşmənin təxribatına cavab olaraq sentyabrın 27-də başladığı əks-hücumu qarşısında tab gətirə bilməyən düşmən əsgərləri döyüş texnikalarını, silah-sursatlarını və hətta bəzi şəxsi əşyalarını da burada qoyaraq, döyüş postlarından qaçıblar.

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
Son xəbərlər
Bütün xəbərlər »