Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın mətbuat katibi: "Türk hərbçiləri bu və ya digər şəkildə Qarabağda olacaqlar"
İbrahim Qalın

Rusiya və Türkiyə nümayəndə heyəti arasında Qarabağla bağlı danışıqların ilk mərhələsi başa çatıb.

Virtualaz.org bildirir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın NTV kanalına açıqlamasında deyib.

O bildirib ki, ilk mərhələdə Rusiya tərəfi Türkiyənin fikirlərini öyrəndi: “Artıq onlar lazımi təlimatları Kremldən alacaqlar. Önümüzdəki günlərdə əməliyyat şəraiti, harada və necə aparılması, kimin hansı işi görəcəyi ilə bağlı danışıqların yekunlaşmasını gözləyirik. Türk əsgəri onsuz da orada olacaq. Biz onsuz da oradayıq. Çünki Azərbaycanla xüsusi münasibətlərimiz var. Hərbi və əməkdaşlıq müqavilələrimiz lap əvvəldən mövcuddur. Artıq Türkiyə Ordusunun Azərbaycana göndərilməsi ilə bağlı sənəd də parlamentdə qəbul edilib. Müşahidə missiyası olaraq Azərbaycan fəaliyyətimizi davam etdirəcəyik”.

Türkiyə prezidentinin mətbuat katibi xatırladıb ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs haqqında Saziş təşəbbüsü ilə çıxış edərkən Ankara bu ideyanı dəstəkləsə də, razılaşma pozulub. Eyni vəziyyət Fransaya da aiddir.

"Nə NATO, nə də Aİ faktiki olaraq Qarabağla bağlı konkret və reallaşdırılan təkliflə çıxış etməyib, halbuki Moskva və Ankara 30 illik münaqişənin həllinə dair qarşılıqlı anlaşmaya nail ola bilib", - deyə Kalın bildirib.

Onun sözlərinə görə, Türkiyə hərbçilərinin Qarabağa dair müşahidə missiyasında iştirakı həm də Qərbin, o cümlədən Avropanın strateji uğurudur. “Türkiyə hərbçiləri Qarabağ, Suriya və Liviyada balans faktorudur”, - deyə mətbuat katibi vurğulayıb.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »