Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda parlament seçkilərinin ikinci turunun qalibi hakim partiya olub
seçki

Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci turunun qalibi hakim "Gürcü Arzusu" Partiyası olub.

APA xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası 17 birmandatlı dairə üzrə ötən gün keçirilən seçkilərdə bütün dairələrdə hakim partiyanın qalib gəldiyini açıqlayıb.

Bununla da ilk turda 74 mandat (61 proporsional, 13 majoritar) əldə edən "Gürcü Arzusu" Partiyası ümumilikdə 91 deputat mandatı qazanıb və təkbaşına hökümət formalaşdırmaq huququ əldə edib.

Qeyd edək ki, ilk turda parlamentə daxil olan digər 8 müxalif partiya seçkilərin ikinci turda iştirak etməkdən və ilk turda qazandıqları parlament yerlərindən imtina etdiklərini açıqlayıb. Seçkilərin ikinici turu müxalifətin boykotu fonunda baş tutsa da, yerli qanunvericiliyə əsasən, ilk turda iştirak edən namizədlərin ikinci turda iştirakdan imtina etmək hüququ yoxdur. Bu səbəbdən ötən gün səsvermə bülletenlərində müxalif namizədlərin adları da yer alıb.

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
››› “Şəhid olacağımı düşünüb Kəlmeyi-şəhadətimi oxudum” – Döyüşdə qolunu itirən qazi
Son xəbərlər
Bütün xəbərlər »