Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp növbəti dəfə seçkilərdə Baydenin qalib gəlmədiyini iddia edib
Donald Tramp

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində səsvermənin nəticələrini dəyişmək üçün kifayət qədər saxtakarlıya yol verildiyi məlumatlara malik olduqlarını bəyan edib.

APA-nın məlumatına görə, D. Tramp “Twitter” hesabında yazıb ki, tərəfdarları yüz minlərlə seçki saxtakarlığı aşkarladığı halda Co Baydenin sürətlə kabinet formalaşdırması təəccüblüdür.

ABŞ Prezidenti qeyd edib ki, aşkarlanan saxtakarlıqlar 4 ştatda səsvermənin nəticələrini dəyişmək üçün yetərlidir və bu, ona qələbəni təmin edəcək: “Ümid edirəm ki, məhkəmələr və qanunvericilər bunu təmin edəcək və seçkilərin nəticələrinə yenidən baxılacaq”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib, ancaq səslərin sayılması hələ başa çatmayıb. ABŞ mətbuatı seçkilərdə Demokrat Partiyanın namizədi C. Baydenin qalib gəldiyini bildirir. Bir çox dünya liderləri artıq C. Baydeni təbrik edib.

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmağa cəhd edib - Video
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
Son xəbərlər
Bütün xəbərlər »