Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist kodu sındırıb, qapalı keçirilən beynəlxalq konfransa qoşuldu – Video
Xaker proqram

Niderlanddan olan jurnalist Daniel Verlan Aİ müdafiə nazirlərinin qapalı video konfransına qoşulmağı bacarıb. O, Niderlandın Müdafiə naziri Ank Beyleveldin “Twitter”dəki fotoşəkilində altı rəqəmli kodun beşini götürüb, birini isə müstəqil şəkildə tapııb.

Bu barədə “Le Figaro” xəbər verib.

Bildirilir ki, jurnalist videokonfransa qoşulduqdan sonra kameraya əl yelləyib. Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin ondan qapalı iclasa qatıldığını bilib-bilmədiyini soruşduqda isə o, “Bəli, bəli, buna görə çox üzr istəyirəm. Mən Niderlanddan bir jurnalistəm”, - deyib.

Nəticədə ondan dərhal rabitəni kəsməsi xahiş olunub, o da istəyi yerinə yetirib.

Müdafiə nazirlərinin iclası isə kiber təhlükəsizlik məsələləri səbəbindən təxirə salınıb.

Niderlandın Baş naziri Mark Rutte baş verən hadisədən sonra nazirləri kiberhücumlara qarşı mühafizəyə daha çox diqqət etməyə çağırıb.

“Nazirlər bir daha “Twitter”də nə qədər diqqətli olmaq lazım gəldiyini anlamağa çalışmalıdırlar”, - deyə bildirib.(oxu.az)

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »